Çexiya Ukraynaya sülhməramlılar yerləşdirə bilər və onlar beynəlxalq qüvvələrin tərkibində sülh sazişinə əməl olunmasını təmin edəcəklər.
“İki sahil” xəbər verir ki, bunu respublikanın prezidenti Petr Pavel CTK xəbər agentliyinə müsahibəsində deyib.
O, qeyd edib ki, Çexiya sülh prosesində fəal iştirak edir.
“Ukraynada sülhməramlı birləşmələr yerləşdirilərsə, Çexiya onların tərkibində olmalıdır”, - Pavel bildirib.