Ermənistan hakimiyyəti təkcə Azərbaycanla sərhəd məntəqələrində deyil, ölkənin bütün sərhəd məntəqələrində sadələşdirmələr və yeni tənzimləmələr tətbiq etməyə hazırlaşır.
“İki sahil” erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, məqsəd biznes mühitinin yaxşılaşdırılması, həmçinin ixrac, idxal və tranzitin maksimum dərəcədə asanlaşdırılmasıdır.