21 avqust 2025 17:54
99

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 25 metrədək güclənir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

“İki sahil” xəbər verir ki,  Xidmətdən verilən məlumata görə, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 metrdək güclənir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.