02 noyabr 2016 17:00
271

Macarıstanın tanınmış opera ifaçıları və solistləri Bakıda çıxış edəcəklər

Bakıda klassik macar musiqisi konserti keçiriləcək.

Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin "Report"a verdiyi məlumata görə, konsert noyabrın 19-da Filarmoniyanın binasında keçiriləcək.

Konsertdə məşhur macar opera ifaçıları - skripkaçı Qraf Murja, pianoçu Dyord Uravets və opera müğənnisi Andrea Yereş-Bradçoy çıxış edəcək.

Konserti Bakı Filarmoniyasının orkestri müşayiət edəcək.