22 avqust 2025 23:41
114

Boş qalan yerlərə ixtisas seçimi bu tarixdə aparılacaq

Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.

“İki sahil” xəbər verir ki,  DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftə ərzində dərc olunacaq “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.