23 avqust 2025 08:44
125

Kamçatkada 5,8 bal gücündə zəlzələ baş verib

Rusiyanın Kamçatka diyarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil”in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı xəbər verib.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 268 km aralıda baş verib. Zəlzələnin episentri 64,2 km dərinlikdə yerləşib.