23 avqust 2025 15:09
123

Hindistan XİN başçısı: ABŞ heç vaxt bizdən Rusiyadan neft almamağı istəməmişdi

ABŞ rüsumlar tətbiq edilməsini elan etməmişdən əvvəl Hindistandan heç vaxt Rusiyadan neft almağı dayandırmağı istəməmişdi.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar “The Economic Times World Leaders Forum” konfransında çıxışı zamanı deyib.

“Onların mövqeyi açıqlanana qədər bu məsələ ilə bağlı heç bir müzakirə aparılmamışdı”, - o bildirib.

“Vacib olan odur ki, bir ölkənin açıq şəkildə etdiklərinə görə tariflər tətbiq edilməsi və digər ölkələrin bizdən daha da böyük həcmdə neft almasının davam etməsi, fikrimizcə, ədalətsiz və əsassızdır”, - nazir əlavə edib.