İtaliyanın Fransadakı səfiri Emanuela Alessandro respublikanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə "Franceinfo" radiostansiyası məlumat yayıb.
Bildirilib ki, səfir İtaliyanın nəqliyyat və infrastruktur naziri Matteo Salvininin Fransa prezidenti Emmanuel Makron barədə dediyi sözlər səbəbindən XİN-ə çağırılıb.
Belə ki, Salvini Makron və Britaniyanın Baş naziri Kir Starmerin təşəbbüsü ilə yaradılmış "İstəklilər koalisiyası" çərçivəsində İtaliyanın öz hərbçilərini Ukraynaya göndərməyə hazır olub-olmaması haqqında danışarkən bu imkanı qəti surətdə rədd edib:
"Əgər Makron bunu istəyirsə, qoy özü ora getsin. Dəbilqəni geyin, tüfəngi götür və özün Ukraynaya get".
Fransa XİN bu bəyanatları qəbuledilməz sayıb və səfirlə söhbətdə bildirilib ki, sözügedən bəyanatlar Paris və Roma arasında etimadlı və tarixi münasibətlər mühitinə uyğun gəlmir.
Oxu.Az