23 avqust 2025 17:33
145

Rumıniya mediası: Türkiyə Bakı ilə dəmir yolu bağlantısının tikintisinə başlayır – Zəngəzur dəhlizi reallaşır

Rumıniya mediası, o cümlədən “G4Media” xəbər portalı yazır ki, Türkiyə İğdır şəhərində keçirilən rəsmi mərasimdə Bakı ilə yeni dəmir yolu əlaqəsini təmin edəcək strateji layihənin tikintisinə start verib. Dəmir yolu xətti Qarsdan başlayaraq Ermənistan ərazisindən keçərək Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, daha sonra isə Bakıya qədər uzanacaq.

Xəttin illik daşıma gücü 5,5 milyon sərnişin və 15 milyon ton yük olacaq. Tikinti çərçivəsində 5 tunel, 3 viadukt və 10 körpü inşa ediləcək. Layihənin ümumi dəyəri 2,4 milyard avrodur və maliyyələşmə beynəlxalq kreditlər vasitəsilə həyata keçiriləcək. Layihənin 4-5 ilə tamamlanması planlaşdırılır.

Naxçıvan ərazisində 150 kilometrlik dəmir yolu yenidən qurulacaq, sərhədə çıxışı təmin etmək üçün əlavə 20 kilometrlik yeni xətt çəkiləcək. Bu hissənin icrası Azərbaycan tərəfindən həyata keçiriləcək.

AZƏRTAC