23 avqust 2025 18:02
114

Almaniyada avtomobil bir qrup insanı vurub, iki nəfər həlak olub

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Krefeld şəhərində avtomobil bir qrup insanı vurub.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, 77 yaşlı şəxsin idarəetməni itirərək avtomobili qəbiristanlığın dayanacağında bir qrup insanın üzərinə sürməsi nəticəsində iki nəfər - 72 yaşlı əkiz bacı-qardaş həlak olub. Onların avtomobilin altında qaldıqları bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.