23 avqust 2025 21:21
123

Əminə Ərdoğan Qəzzada uşaqların vəziyyəti ilə bağlı Melaniya Trampa məktub yazıb

Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ-nin birinci xanımı Melaniya Trampa məktub göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Ə.Ərdoğan Melaniyanın Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubdan “ilhamlanıb”.

"İnanıram ki, sizin 648 ukraynalı uşağa göstərdiyiniz həssaslıq Qəzzaya da şamil olunacaq", - məktubda deyilir.

Türkiyənin birinci xanımı, həmçinin məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlamağa çağırıb və qeyd edib ki, Qəzzadakı vəziyyətin həlli Fələstin xalqı qarşısında tarixi məsuliyyətə uyğun olacaq.