Ukrayna Prezidenti Volodimir Zelenski ordunun Donbas istiqamətində uğurlarını açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə o, Kiyevdə Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransı zamanı bildirib.
Zelenski qeyd edib ki, təfərrüatları daha sonra Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski təqdim edəcək.
"Müstəqillik Günündə əsgərlərimizə ayrıca təşəkkür etmək istərdim. Onların uzaq məsafədən zərbələrdə çox yaxşı nəticələri var, hamı bunu görür. Və bu gün Donbasda çox müsbət nəticələr əldə etdik", - Ukrayna lideri əlavə edib.
Klimenko: Son sutka ərzində Rusiyanın Ukraynaya zərbələri nəticəsində 14 nəfər ölüb
ABŞ və ərəb ölkələri İranın Hörmüz boğazını bağlamasına görə BMT TŞ-nin qətnaməsini hazırlayır