25 avqust 2025 17:40
148

Metrz onun namizədliyini irəli sürmək istəyir

Almaniya kansleri Fridrix Merts 2027-ci ildə keçiriləcək seçkilərdə ölkə prezidenti postuna Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin namizədliyini irəli sürməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə “Der Spiegel” Almaniya hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Hazırkı dövlət başçısı Frank-Valter Ştaynmayerin səlahiyyət müddəti 2027-ci ilin martında başa çatır.

Fridrix Merts bir gün əvvəl jurnalistlərlə söhbətində növbəti prezident seçkiləri nəticəsində Almaniya tarixində ilk dəfə bu vəzifəyə qadının gəlməsinin lehinə danışıb. "Bu, yaxşı olardı" - deyə kansler bildirib. Lakin o, mümkün namizədlərin adını açıqlamayıb.