“Hizbullah” qruplaşmasının lideri Naim Qassem tərksilahı rədd edib və Livan hökumətindən ilk növbədə İsraildən atəşkəs təmin etməyi tələb edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qassem 2024-cü ilin noyabrında imzalanmış sazişə toxunaraq vurğulayıb ki, milli müdafiə strategiyası ilə bağlı müzakirələr yalnız İsrail öz öhdəliklərini yerinə yetirdikdən sonra mümkün olacaq.
İsrail və Livan 2024-cü il noyabrın 27-də ABŞ və digər ölkələrin vasitəçiliyi ilə atəşkəs sazişi imzalayıb.