27 avqust 2025 08:52
120

Modi Trampın zənglərinə cavab vermir

ABŞ Prezidenti Donald Tramp son həftələr ərzində Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışmağa dörd dəfə cəhd etsə də, o, danışmaqdan imtina edib.

“İki sahil” "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinə istinadla xəbər verir ki, Modi Trampın Hindistan iqtisadiyyatını "ölü" adlandırmasından və Yeni Dehlinin Rusiya neftini alması səbəbindən Hindistan idxalına əlavə 25 faizlik tarif tətbiq etməsindən sonra "inciyib".

ABŞ-nin Hindistandan idxal edilən mallara qarşı ümumi tarifi 50% təşkil edəcək. Məlumata görə, Yeni Dehli Vaşinqtonun hərəkətlərini ədalətsiz və əsassız hesab edib. Hindistan Rusiya neftini almağa davam edib.