28 avqust 2025 17:30
131

Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınlardan ibarət “Yüksekovaspor” komandasını qəbul edib.

“İki sahil” xəbər verir ki,  AFFA-dan verilən məlumata görə, görüşdə bu komandada çıxış edən Azərbaycan millisinin futbolçuları Vüsalə Seyfəddinova, Vüsalə Hacıyeva, Jalə Məhsimova və Aytac Şərifova da iştirak ediblər. Kluba yeni transfer olunan Sevinc Cəfərzadə isə heyətə gec qoşulduğu üçün görüşə qatıla bilməyib.

Qeyd edək ki, “Yüksekovaspor” ötən mövsüm 1-ci liqanın qalibi kimi Superliqaya yüksəlib.