01 sentyabr 2025 00:30
170

Toy karvanında qəza - Türkiyədə

Türkiyədə toy karvanında iştirak edən avtomobillərdən biri qarşıdan gələn olsuzluq avtomobili ilə toqquşub.

İki sahil”in İHA-ya istinadla verdiyi məlumata görə, hadisə Muğlanın Milas rayonunda baş verib.

Məlumata görə, toqquşmanın təsiriylə avtomobillərdə olan 6 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları cəlb olunub.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları yaralılara ilkin tibbi yardım göstərib və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə bağlı araşdırma aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”