01 sentyabr 2025 12:54
161

ŞƏT ölkələri İnkişaf Bankının yaradılması barədə razılığa gəliblər

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr İnkişaf Bankının yaradılması barədə razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, bu barədə ŞƏT dövlət başçılarının Çində keçirilən sammitindən sonra qəbul edilən bəyanatda deyilir.

“İnkişaf Bankının qurulmasının əhəmiyyətini vurğulayan üzv dövlətlər bu maliyyə institutunun fəaliyyətinə dair məsələlərlə bağlı məsləhətləşmələrin aktivləşdirilməsi və bankın təsis olunması haqqında qərar qəbul ediblər”, – deyə sənəddə bildirilir.

Bəyanatda ŞƏT üzvlərinin beynəlxalq maliyyə arxitekturasının islahatını dəstəklədikləri qeyd olunur. Həmçinin vurğulanır ki, bu islahatlar inkişaf etməkdə olan ölkələrin Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutlarının idarəetmə orqanlarında nümayəndəliyinin və rolunun artırılmasına yönəlib.

Bundan əlavə, bəyanatda təşkilata üzv ölkələrin qarşılıqlı hesablaşmalarda milli valyutaların payının tədricən artırılması üzrə yol xəritəsinin həyata keçirilməsinin vacibliyinə toxunulur.