04 sentyabr 2025 03:01
160

“Petrobras” Amazonda neft hasilatına yaxınlaşır

Braziliyanın “Petrobras” şirkəti Amazon hövzəsində fövqəladə qazma işlərini tamamlayıb və bunun ardınca ətraf mühitlə bağlı mübahisələrə səbəb olan ərazidə kəşfiyyat qazma işlərinə başlamaq üçün rəsmi lisenziyaya nail olacaq.

“Petrobras” illərdir Foz do Amazonasda və ekvator kənarı kimi tanınan daha geniş bölgədə qazma işləri aparmaq üçün lisenziya almağa çalışır. Xüsusilə yaxınlıqdakı Qayana, Fransız Qvianası və Surinam kimi son nəhəng kəşflər fonunda şirkətin əhəmiyyətli neft resurs potensialına malik olduğu məlumdur.

“Reuters” xəbər verir ki, hesabatlarda kəşfiyyat layihəsinin əməliyyat öncəsi qiymətləndirilməsi kimi də xatırlanan fövqəladə qazma işi bazar günü başlayıb və çərşənbə günü tamamlanıb. İndi kəşfiyyat qazma lisenziyasını vermək növbəsi Ətraf Mühitin Mühafizəsi Agentliyi “Ibama”dadır.

“Ibama” öz növbəsində yaxın bir neçə gün ərzində “Petrobras”ın Foz do Amazonas ilə bağlı sənədlərini nəzərdən keçirməyə başlayacağını söyləyib. Nəzərdən keçirmə “Petrobras” layihəsinin mümkünlüyü haqqında hesabatla yekunlaşmalıdır. “Reuters” xəbərlərlə bağlı hesabatında qeyd edib ki, bunun üçün heç bir müddət yoxdur.

Xatırladaq ki, iki il əvvəl Braziliyanın ətraf mühit tənzimləyicisi, şirkətin orada maraqları olması xəbərinin səbəb olduğu ekoloji etirazlardan sonra “Petrobras”ın ərazidə qazma planını rədd etmişdi. Hövzə Amazon çayının mənsəbinə yaxın, həssas ekosistemdə yerləşdiyindən etirazlar sürpriz olmamışdı.

“Petrobras” növbəti beş il ərzində sərmayə qoyuluşu və ekvator kənarında 15 quyunun qazılması üçün 3 milyard dollar ayırıb. Ekvator marjası Petrobras-ın 8 milyard dollarlıq ümumi kəşfiyyat investisiyasının 38%-ni təşkil edəcək.

Nubar Süleymanova, “İki sahil”