Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq hər iki ölkə üçün vacibdir. Onun sözlərinə görə, tərəflər yaranmış böhrandan sonra münasibətləri yaxşılaşdırmağa çalışır.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz hökumətlərarası komissiya keçirdik və iqtisadi sahədə hər ikimiz qeyd etdik ki, əməkdaşlığımız inkişaf edir. Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Və biz bu münasibətləri yaxşılaşdırmağa çalışırıq", - deyə, Aleksey Overçuk jurnalistlərə bildirib.