Belarus prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasının lideri Si Cinpinin qlobal idarəçiliklə bağlı təşəbbüsünü dəstəkləyib.
“İki sahil” "RT"-yə istinadla xəbər verir ki, o, bunu ŞƏT-in Plyus sammitində bəyan edib.
"Çoxqütblü beynəlxalq sistemin uğuru üçün qlobal idarəetmə mexanizmlərini düzəltmək lazımdır. Hörmətli Sədr Si-dən biz vəziyyətin aydın qiymətləndirilməsini və əsas prinsipləri eşitdik, bunun əsasında ölkələrin və xalqların real problemlərini həll edə bilərik: suveren bərabərlik, beynəlxalq hüququn üstünlüyü, çoxtərəflilik", - Lukaşenko bildirib.
Onun sözlərinə görə, Minsk Şanxay Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində bu təşəbbüsə qoşulmağa hazırdır.