03 noyabr 2016 22:55
386

“Forbes” ən bahalı müğənnilərin adlarını açıqlayıb

Məşhur Amerika jurnalı “Forbes”  hər il  ən bahalı müğənnilərin adlarını açıqlayır. Bu  adlar sırasında birinci yeri amerikalı müğənni Teylor Svit tutur. O, 2015-ci ilin iyun ayından 2016-cı ilə qədər 170 milyon dollar qazanc əldə edib.  Onun ilk yaxşı qazancı “1989” tur konsertindən əldə olunub. Bundan başqa müğənni reklam şirkətlərindən də qazanır.  O, əsasən ayaqqabı reklamında, dietik içkilərin və “Apple” ın məhsullarının reklamında çəkilir.

İkinci yeri 80,5 milyon dollar ilə  müğənni Adel tutur. O, “25” adlı albomunun satışından və bir çox çıxışlardan sonra varlılar sırasına daxil olub.

Üçüncü yeri müğənni Madonna tutur. Madonna 76,5 milyon dollar ilə üçüncü sıraya daxil ola bilib. Lakin 2013-cü ildə Maddona reytinqdə birinci sırada yer almışdı.

Top 10-a 75 milyon dollar ilə Rihannada daxil olub. Beyons 54 milyon, Ketti Perri 41 milyon, Cenifer Lopes 39,5 milyon,Britni Spirs 30,5 milyon, Şanayya Tveyn 27,5 milyon və Selin Dion 27 milyon dollar ilə ən bahalı müğənnilər sırasına daxil olublar.

Könül Əliyeva, “İki sahil”