Evdə optimal temperatur +24 °C olmaldır. Bu, heç bir halda +16 °C və ya +26 °C olmamalıdır - bunlar hamısı narahatedici temperaturlardır. Bu temperaturda oksigen və karbon qazının nisbəti pozulur və biz zəif nəfəs alırıq.
“İki sahil” xəbər verir ki, bunu rusiyalı terapevt Lyudmila Lapa RT-yə bildirib.
Onun sözlərinə gprə mənzillər mütləq havalandırılmalıdır.
"Yatmazdan əvvəl havalandırma çox vacibdir. Ən azı yarım saat təmiz hava alınmalıdır. Yatanda isə pəncərələri bağlayırıq ki, yel əsməsin. İnsan xəstə olanda otağı havalandırmalıyıq ki, normal hava mübadiləsi olsun"- deyə, o, qeyd edib.