Fransada dəmiryolçuların 70 faizindən çoxunu birləşdirən 3 həmkarlar təşkilatı bu sahədə çalışanları kütləvi tətilə çağırıb.
“İki sahil” “Figaro”ya istinadla xəbər verir ki, 3 təşkilat kütləvi tətil üçün sentyabrın 18-ni seçib. Onların başlıca tələbi 2026-cı il üçün dəmir yollarının büdcəsinin ixtisar edilməsidir.
Parisdəki digər nəqliyyat şirkətlərinin həmkarlar təşkilatları da eyni tarixə kütləvi tətil təyin edib.