Hər zaman fərqli, maraqlı obrazları ilə sevənlərinin qarşısına çıxan Xalq artisti Tünzalə Ağayeva bu dəfə də gözoxşayıb.
“İki sahil” xəbər verir ki, bütün çıxışları üçün xüsusi hazırlaşan pop ulduz bu dəfə baş aksesuarı ilə seçilib. Səhnəmizin əfsanəsi rəqqasları ilə birlikdə R&B tərzində olan geyimdə səhnəyə çıxıb. Xüsusi diqqətçəkən məqam isə sənətçinin şəxsi, yeni hazırlanan loqosunun yer aldığı papaqların görünməsi idi.
“Uventa” imzası daşayan obraz böyük maraqla qarşılanılıb.