07 sentyabr 2025 15:15
131

Dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı təşkil olunub

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, veloparkda təşkil olunan yarışda 11 dövlət qurumunun nümayəndəsi iştirak edib.

Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Leyla Əliyeva bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. Liliya Xametova (SOCAR) ikinci, Arzu Nəbiyeva (Azərbaycan Dəmir Yolları) isə üçüncü yeri tutublar. Kişilər arasında Cəlal Süleymanov (FHN) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavid Xəlilov (FHN) və Ceyhun Məhərrəmli (SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.