Avropa ölkələri ABŞ-la münasibətlərin dəyişməsi fonunda öz maraqlarını yenidən ölçməlidir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Mertz bildirib. O, avropalıları dünya üzrə tərəfdaşlarla daha fəal əlaqələr qurmağa və diqqətini ABŞ-a yönəltməməyə çağırıb.
Fridrix Mertz qeyd edib ki, Avropa saxta nostalji olmadan öz maraqlarını tənzimləməlidir.
Almaniya kanslerinin sözlərinə görə, ABŞ mühüm tərəfdaş olaraq qalacaq. Bununla belə, Merts hesab edir ki, hətta ABŞ ilə tərəfdaşlıq olsa belə, Avropa azad ticarəti təşviq etməlidir.
Bundan əvvəl “The Wall Street Journal” Avropada ABŞ-Aİ ticarət razılaşmasından narazılığın artdığını yazmışdı. Məqalədə deyilir ki, şirkətlər yeni bürokratik maneələrdən şikayət edərək ABŞ-a ixracı dayandırırlar. Avropa Parlamentinin Ticarət Komitəsinin rəhbəri Bernd Lanq bildirib ki, qanunvericilər ABŞ-Aİ razılaşmasına dəyişiklik tələb edə bilərlər.