24 noyabr 2026 13:25
115

Paşinyan onları məhkəməyə verib

Ermənistanın Baş naziri Nikol Paşinyan "Yerevan.Today" saytını, saytın baş redaktoru Sevak Akopyanı və "Ayeli" mətbuat klubunu məhkəməyə verib.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu məlumat "Datalex" məhkəmə-hüquq informasiya saytında dərc olunub.

Paşinyan "Media Plyus" MMC-dən ("Yerevan.Today"in sahibi) və Akopyandan "yüksək səviyyəli talançılıq" və "yüksək dərəcəli korrupsiya" ilə bağlı iddiaların təkzib edilməsini tələb edir. Baş nazir bu iddiaları yayan "Ayeli" mətbuat klubundan da təkzib tələb edir.

Bundan başqa, iddiada cavabdehlərdən dəymiş mənəvi zərərə görə 4 milyon dram (11 min dollar) pul kompensasiyasının tutulması tələbi də yer alır.