Changan və Huawei tərəfindən yaradılan "Avatr" şirkətinin Münhendə dizayn studiyası var. Yerli avtosalon futuristik "Avatr Vision Xpectra" konseptinin, tamamilə şəffaf üst hissəsi və dördyerlik interyeri olan böyük lüks sedanın təqdimatı üçün səhnə olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. Konseptin xarici görünüşü digər "Avatr" modelləri kimi tanınsa da dizayn heyrətamiz şəkildə icra olunub.
Bütün yuxarı hissə bir şüşə "qapaq"dır, ön şüşə kapotun altına dərinləşir və ikinci sıra sərnişin qapıları hərəkət istiqamətinə qarşı açılır. Bildirilir ki, "Avatr Vision Xpectr" ətraf mühiti dərk edə və ayrı-ayrı hissələrini işıqlandıra bilir.