"McLaren" komandasının pilotu Lando Norris komandasının qarşıdan gələn "Formula 1" üzrə Azərbaycan Qran-prisində qələbə şanslarını dəyərləndirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə "GPblog"a müsahibəsində bildirib.
25 yaşlı britaniyalı qeyd edib ki, Bakının küçə treki ciddi çağırışlar yaradır və əsas rəqiblər "Ferrari" və "Red Bull Racing" komandaları olacaq:
"Ötən il bir çox pilot arasında böyük rəqabət var idi. "Ferrari" də orada çox güclü çıxış edirdi. Gözləyirik ki, onlar bu il də yaxşı yarışacaqlar".
O vurğulayıb ki, "McLaren" hər "weekend"ə istənilən hadisənin inkişafına hazır şəkildə yanaşır:
"Biz dominant olmuşuq və bu həmişə müsbətdir. Lakin nəzərə almaq lazımdır ki, istənilən rəqib - istər "Ferrari", istərsə də "Red Bull" zirvədə ola bilər".
L.Norris əlavə edib ki, komanda Bakının küçə trekində rəqabətə davamlılıq göstərə bilmək üçün Azərbaycandakı strategiyasını əvvəlki treklərin təcrübəsinə əsaslanaraq, rəqiblərin güclü və zəif tərəflərini təhlil edərək quracaq.