12 sentyabr 2025 17:35
126

BDU-da “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdü təsis olunur

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin bakalvriat və magistratura səviyyələrinin tələbələri üçün “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdü təsis olunur. 

“İki sahil” xəbər verir ki, bu barədə BDU Elmi Şurasının 2025/2026-cı tədris ilində ilk iclasında qərar qəbul olunub. 

Təqaüdün Kimya fakültəsinin bakalavr və magistratura təhsil səviyyələrinin I kursunu bitirmiş və Ümumi Orta Müfəvvəqiyyət Göstəricisi (ÜOMG) ən yüksək olan 2 tələbəsinə (1 bakalavr və 1 magistrant ) verilməsi nəzərdə tutulur.