13 sentyabr 2025 08:20
126

Ağ Ev ABŞ daxilində terror hərəkatının olduğunu bildirib

"ABŞ-də demokratlar ölkədə daxili terrorizmi alovlandıran radikal ritorikanı təbliğ edirlər".

“İki sahil” xəbər verir ki, bu fikiri Ağ Ev aparat rəhbərinin müavini Stiven Miller siyasi fəal Çarli Kirkin qətlə yetirilməsi ilə bağlı danışarkən səsləndirilib.

"Demokratların, onların tərəfdarlarının, ekspertlərin son on ildəki ritorikası prezident Donald Trampı, respublikaçıları, "Amerikanı yenidən möhtəşəm et" hərəkatını, Tramp rəsmilərini məhv etməyə yönəlib. Bu, şüurlu radikallaşmadır, onlar nə etdiklərini anlayırlar. Bir çox universitetlərimiz ekstremizmin inkubatoruna çevrilib, cihadçılıq üçün mədrəsələrin sinoniminə çevrilib.

Son bir neçə gündə sosial mediada Çarli Kirkin qətlinə sevinən dövlət rəsmilərinin, Pentaqon əməkdaşlarının, müəllimlərin, professorların, səhiyyə işçilərinin, tibb bacılarının paylaşımlarını gördük. Bunlar radikallardır, bu, ölkəmizdəki daxili terror hərəkatıdır", - Miller "Fox News"a müsahibəsində deyib.