Bu gün Misli Premyer Liqasının 4-cü turunda “Şamaxı” “Karvan"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 38-ci dəqiqəsində Alfonso Msanqa hesabı açıb. 45-ci dəqiqədə Andrey Tirkoveanu meydan sahiblərinin ikinci qolunu vurub. 71-ci dəqiqədə isə Sezar Enrike “şirlərin” üstünlüyünü üç topa yüksəldib - 3-0.
Misli Premyer Liqası,
4-cü tur
14 sentyabr (bazar)
16:30. “Şamaxı” 3-0 “Karvan”
Qollar: Alfonso Msanqa, 38 (1-0); Andrey Tirkoveanu, 45 (2-0); Sezar Enrike, 71 (3-0)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”