17 sentyabr 2025 22:56
72

Rusiyanın itkiləri açıqlandı - 1302-ci gün

Ukrayna müharibənin 1302-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 097 450 hərbçi, 11 189 ədəd tank, 23 277 ədəd zirehli döyüş maşını, 32 846 ədəd artilleriya sistemi, 1 490 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 217 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 61 878 ədəd avtomobil texnikası, 60 079 ədəd PUA, 3 718 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 965 xüsusi avadanlıq itirib.