18 sentyabr 2025 14:37
73

Etirazçılar Marseldə silah zavodunu mühasirəyə alıblar

Marseldə etirazçılar Eurolinks silah fabrikinin işini dayandırıblar. 

“İki sahil” xəbər verir ki, bu barədə solçu France Insoumise partiyasından olan millət vəkili Qabrielle Katala X sosial media platformasında məlumat verib.

"Le Figaro" xəbər verir ki, etirazçılar Eurolinks-i İsrailə hərbi texnika tədarük etməkdə ittiham edirlər.

“France 24” telekanalının məlumatına görə, etirazçılar əllərində “Bu soyqırım fabriki bağlansın” yazılmış pankart tuturlar.

Etirazçılar hazırda Fransa hökumətinin büdcə kəsirinin aradan qaldırılması üçün təklif etdiyi qənaət tədbirlərinə etiraz edirlər.