Misli Premyer Liqasının 5-ci turunda "Qəbələ" "Kəpəz"i qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 44-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Adriel Ba Loua hesabı açıb. 59-cu dəqiqədə isə Prins Ovusu fərqi iki topa yüksəldib – 2-0. O, qarşılaşmanın 67-ci dəqiqəsində özünün ikinci, komandasının üçüncü qolunun müəllifi olub.
Yarış bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
5-ci tur
20 sentyabr
17:00. “Qəbələ” 3–0 “Kəpəz”
Qol: Adriel Ba Loua, 44 (1-0), Prins Ovusu, 59 (2-0), Prins Ovusu, 67 (3-0)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”