20 sentyabr 2025 23:11
103

Almaniyanın 80 şəhərində 50 mindən çox insan hökumətə qarşı etirazlarda iştirak edib

Almaniyanın 80 şəhərində 50 mindən çox insan hökumətin qaz infrastrukturunu genişləndirmək planlarına qarşı nümayişlərdə iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Ekoloji fəallar Almaniyada bütün yeni qaz layihələrinin, məsələn, Vadden dənizi Milli Parkının bir hissəsi olan Şimal dənizindəki Borkum adasının yaxınlığında qaz yataqlarının işlənməsinin dərhal dayandırılmasına və hökuməti iqlimin qorunmasında daha fəal rol almağa çağırıblar.

Nümayişlər "Gələcək üçün cümə günləri" iqlimlə bağlı hərəkatın təşəbbüsü ilə keçirilib. Məlumata görə, Berlində 4300, Hamburqda isə 5000 nəfər küçələrə çıxıb.

Bu arada polis Berlində 3000, Hamburqda isə 2500 nümayişçinin olduğunu bildirib. Münhendə hüquq-mühafizə orqanları nümayişdə təxminən 1500 nəfərin iştirak etdiyini bəyan edib.