23 sentyabr 2025 14:07
107

SINAM və Abyss “Abyss Hackathon 2025” üçün qeydiyyatı açdı — 72 saatlıq qlobal onlayn yarış

Azərbaycanın aparıcı İT şirkəti SINAM və Aİ alətlərinin yerləşdirilməsi platforması Abyss, qlobal onlayn Abyss Hackathon 2025-ə start verdiyini açıqladı. Yarış 17–20 oktyabr 2025 tarixlərində 72 saat ərzində, tam onlayn formatda keçiriləcək; koordinasiya Discord üzərindən aparılacaq.

Mövzu nədir? Bu il məqsəd dünyada təkrar istifadə oluna bilən kiçik İT alətləri (“widgetlər”) yaratmaqdır. Xüsusi fokus PDF-lə işləyən ağıllı alətlərə yönəlib:

Çevrici (converter): məsələn, PDF → Excel/CSV/JSON çevirən alət;

Çıxarıcı (extractor): PDF-dən lazım olan məlumatı (məsələn, hesab-fakturalardakı məbləğ, tarix, VÖEN və s.) avtomatik tapıb çıxaran alət;

Analitik/hesabat aləti: PDF məzmununu oxuyub xülasə, cədvəl və ya sadə dashboard yaradan alət.

Kimlər qoşula bilər?

Proqramçılar (xüsusən Python bilməsi üstünlükdür),

Data mütəxəssisləri (yəni “data scientist”),

QA/Tester, Biznes Analitik, Sistem Analitiki,

Dizayner və məhsul menecerləri — qısa desək, istənilən İT sahəsindən olan iştirakçılar. Fikir və motivasiya kifayətdir.

Dil barədə vacib qeyd: Yarışın bütün rəsmi hissələri ingilis dilində olacaq: elanlar, qaydalar, mentorluq, sual-cavab və final təqdimatlar. Komanda daxilində hansı dildə danışmaq sizə qalır, amma rəsmi kanallar ingiliscə işləyəcək.

Mükafatlar:
* Ən Yaxşı Widget: $1000 + böyük “mystery box”
* Ən İnnovativ Widget: $500 + orta “mystery box”
* İcmanın Sevimlisi: $250 + kiçik “mystery box”

Qeydiyyat: abysshub.com/hackathon
Media əlaqə: Rəsmi kanallar (Discord və e-poçt) vasitəsilə.