25 sentyabr 2025 08:58
119

Avropa Komissiyasının rəhbəri Makronla gizli yazışmada ittiham olunur

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ətrafında daha bir mesaj qalmaqalı yaranır.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Parlamentinin macarıstanlı üzvü Kinqa Qal "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Avropa Ombudsmanı Aİ-nin "Mercosu" (Cənubi Amerika ümumi bazarı) ilə razılaşması ilə bağlı Lyayenin Fransa Prezidenti Emmanuel Makronla gizli mesajları ilə bağlı araşdırmaya başlayıb.

"Pfizergate" qalmaqalında olduğu kimi, bu mesajlar da yoxa çıxdı. Bu hal bir daha Avropa Komissiyasının fəaliyyətində şəffaflığın olmadığını nümayiş etdirir. Bizə gizli danışıqlar və yoxa çıxan mesajlar deyil, Aİ institutlarında real şəffaflıq lazımdır", - o yazıb.

May ayında Aİ-nin məhkəməsi von der Lyayen ilə "Pfizer"in baş direktoru arasında əlaqəni açıqlamaqdan imtina etməsini əsaslandırmadığı üçün AK-yə qarşı qərar çıxarıb.