26 sentyabr 2025 15:55
115

İran ölkədə 4 kiçik AES-in inşasına dair Rusiya ilə 25 milyard dollarlıq müqavilə imzalayıb

İran ölkədə dörd kiçik atom elektrik stansiyasının (AES) inşası ilə bağlı "Rosatom"la (Rusiya) 25 milyard dollar məbləğində müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə IRNA informasiya agentliyi məlumat yayıb.

"Müqavilə İran və Rusiya arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində birgə əməkdaşlığın inkişafı üçün imzalanıb", - agentlik qeyd edir.