26 sentyabr 2025 16:25
104

Suriya xarici tərəfdaşlarla 1.5 milyard dollarlıq investisiya müqavilələri imzalayıb

Suriya turizmin inkişafı məqsədilə xarici tərəfdaşlarla 1.5 milyard dollar həcmində müqavilələr imzalayıb.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bunu Suriyanın turizm naziri Mazin əs-Salihani deyib.

Nazir əlavə edib ki, bu addımlar Suriyada turizm infrastrukturunun dəstəklənməsinə və onların daha çox investisiya cəlb etməsinə gətirib çıxaracaq.