Rusiya müharibənin 1311-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 86 769 PUA-sı, 631 zenit-raket kompleksi, 25 254 tank və digər zirehli texnikası, 1 592 reaktiv yaylım atəş sistemi, 29 956 artilleriya və minaatanı, 42 665 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.