27 sentyabr 2025 22:38
109

Razılıq əldə olunub - Lavrov

Rusiya və ABŞ yaxın vaxtlarda səfirliklərin işi bağlı danışıqların növbəti raundunu keçirmək barədə razılığa gəliblər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ümumi müzakirələr deyib.

"Rusiya və ABŞ arasında diplomatik maneələr adlandırılan məsələlərlə bağlı iki məsləhətləşmə raundunun keçirilməsi barədə razılıq əldə olunub", – deyə o bildirib.

Lavrovun sözlərinə görə, bu məsələ ABŞ Dövlət katibi Marko Rubio ilə danışıqlar zamanı müzakirə edilib.