Almaniya kansleri Fridrix Merts müttəfiqləri ilə keçirdiyi son görüşlərdə bəyan edib ki, Almaniya yenidən Avropada ən mühüm qərarları təkbaşına qəbul etməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg alman diplomatına istinadla məlumat yayıb.
Bu, kansleri Avropa İttifaqının müxtəlif məsələlərində Brüssellə uyğunlaşmağa çalışan Avropa Komissiyasının sədri Ursula von der Leyenlə münaqişəyə salır.
Bloomberg-in qeyd etdiyi kimi, Fridrix Merts Ursula fon der Leyeni ticarət, Avropa büdcəsi, yaşıl siyasət və müdafiə məsələlərində dəfələrlə açıq şəkildə tənqid edib. Kansler Brüsseldə hakimiyyətin mərkəzləşdirilməsini dayandırmaq, əsas siyasət sahələrini yenidən nəzərdən keçirmək və Avropa Komissiyasının bürokratiyası üzərində milli hökumətlərin nəzarətini bərpa etmək istəyir.