30 sentyabr 2025 15:48
102

ABŞ-ın 20 ştatının baş prokurorları nazirə qarşı

Nyu-York Baş prokuroru Letitia Ceyms və onun ABŞ-ın 19 ştatından olan həmkarları, nazir Robert Kennedinin “əsassız” və qeyri-elmi təşəbbüs adlandırdıqlarına cavab olaraq birgə bəyanat yayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "ag.ny.gov" saytı məlumat yayıb

O, bu yaxınlarda hamiləliyin erkən dayandırılması üçün bütün dünyada istifadə edilən mifepriston dərmanının təhlükəsizliyinə dair araşdırma aparılması ilə bağlı tapşırıq verib.

Bildirilib ki, dərman istifadəsi ilə bağlı qərarlar həkimlər, xəstələr və onların ailələri tərəfindən “siyasi gündəmlərə deyil, elmə” əsaslanaraq qəbul edilməlidir. Mifepristona giriş məhdudlaşdırılsa, onu qorumaq üçün tədbirlər görüləcək.