30 sentyabr 2025 15:38
107

Avropa İttifaqının yeni sanksiya paketi LNG tədarükünə də şamil ediləcək

Avropa İttifaqı Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə qadağa qoymağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen bu tədbirin Rusiyaya qarşı 19-cu sanksiya paketinə daxil ediləcəyini açıqlayıb.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər paketi enerji, maliyyə xidmətləri və ticarət sektorlarında sərt tədbirləri əhatə edəcək.