Oktyabr ayından etibarən Estoniya hakimiyyəti Rusiya sərhədindəki Koydula keçid məntəqəsində icazə verilən 72 saatdan artıq dayanmış avtomobilləri yedəkləyə və hərraca çıxarmağa başlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb.
Qaydalara əsasən, parklanmanın başlama tarixi və vaxtı göstərilmək şərti ilə nəqliyyat vasitələri bu dayanacaqda üç gün müddətinə qala bilər.
Estoniya Nəqliyyat Departamentinin nəzarət departamentinin rəhbəri Siym Yaksinin izah etdiyi kimi, sahibi bu məlumatı yazılı şəkildə təqdim etməzsə və ya 72 saatlıq limiti keçərsə, avtomobil yedəklənəcək.
"Əgər 30 gün ərzində mülkiyyətçi öz hüquqlarını müdafiə edə bilməsə, onlara ikinci xəbərdarlıq göndəriləcək. Əgər bu xəbərdarlığa məhəl qoyulmasa, avtomobil yedəkləmə və saxlama xərclərini ödəmək üçün hərraca çıxarıla bilər", - deyə məlumatda qeyd olunub.