01 oktyabr 2025 10:01
125

ÇL-də daha doqquz oyun

UEFA Çempionlar Liqasının əsas mərhələsində II turun növbəti oyunlar bu gün keçiriləcək.

“İki sahil” xəbər verir ki, daha 9 qarşılaşma təşkil ediləcək.

Matçlardan ikisi Bakı vaxtı ilə 20:45-də, digərləri 23:00-da start götürəcək.

Günün maraqla gözlənilən dueli İspaniyada baş tutacaq. "Barselona" evdə Fransanın PSJ kollektivi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

II tur

1 oktyabr

20:45. "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka)

20:45. "Yunion" (Belçika) – "Nyukasl" (İngiltərə)

23:00. "Barselona" (İspaniya) – PSJ (Fransa)

23:00. "Monako" (Fransa) – "Mançester Siti" (İngiltərə)

23:00. "Borussiya" (Dortmund, Almaniya) – "Atletik" (İspaniya)

23:00. "Napoli" (İtaliya) – "Sportinq" (Portuqaliya)

23:00. "Vilyarreal" (İspaniya) – "Yuventus" (İtaliya)

23:00. "Arsenal" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan)

23:00. "Bayer 04" (Almaniya) – PSV (Nİderland)

Qeyd edək ki, II turun digər doqquz görüşü ötən gün keçirilib.