01 oktyabr 2025 10:15
104

UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası növbəti matçına çıxır

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçına bu gün çıxacaq.

“İki sahil” xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.

Matç "Azərsun Arena"da, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, U-19 I turda səfərdə Portuqaliyanın "Benfika" komandasına 1:7 hesabı ilə uduzub. "Kopenhagen" isə evdə Almaniya təmsilçisi "Bayer 04"ə məğlub olub - 0:2.