Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan Prokurorluğu ilə yanaşı, Rusiya Prokurorluğunda da araşdırma aparılır.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, Rusiyada azərbaycanlılara münasibətdə zor tədbiq edilməsi və işgəncə verilməsi faktları ilə əlaqədar xüsusi istintaq aparılır:
"Əməliyyat tədbirləri zamanı azərbaycanlılara qarşı əsaslı güc tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə bağlı da Rusiya ilə əməkdaşlıq edirik. Bu istintaqın da qanuni və məntiqli nəticəsinin olacağına inanıram".